ai ,ai overviews,seo

AI Overviews üçün SEO optimizasiyası tövsiyələri

AI Overviews (AIO) – Google-un axtarış nəticələri səhifəsinin (SERP) ən yuxarı hissəsində yer alan, süni intellekt vasitəsilə veb-saytlardan topladığı məlumatları ümumiləşdirən yeni bir funksiyadır. Bu özəllik istifadəçilərə axtarış etdikləri mövzu haqqında sürətli xülasə təqdim edir və həmin cavabın daxilində mənbə olaraq istifadə etdiyi veb-saytlara linklər verərək əlavə görünürlük qazandırır.

Hələlik yalnız müəyyən ölkələrdə aktiv olan bu funksiyanın kliklənmə nisbətlərini (CTR) və buna bağlı olaraq orqanik trafiki ciddi şəkildə dəyişəcəyi gözlənilir. Müşahidələr göstərir ki, AIO cavabları xüsusilə bəzi sektorlarda və “long tail” (uzun quyruqlu) axtarışlarda daha tez-tez qarşımıza çıxır. Google-un rəsmi açıqlamalarına görə, SEO uyumlu veb-sayt və məzmunlarla bu bölmədə yer almaq mümkündür. Bunun üçün xüsusi bir texniki kodlaşdırmaya ehtiyac yoxdur; sadəcə təməl SEO prinsiplərinə peşəkar şəkildə əməl etmək kifayətdir.

Google-un bu yeni funksiyası haqqında daha ətraflı məlumat üçün AI Overviews Bələdçisi məzmunumuza nəzər sala bilərsiniz. Bu yazıda isə AIO cavablarında mənbə olaraq göstərilmək və bu sahədə yer almaq üçün nələr edilməli olduğundan bəhs edəcəyik.

1. Texniki Uyğunluq: Skan və İndekslənmə

Google-un veb-saytınızdakı məlumatlardan istifadə edə bilməsi üçün əvvəlcə səhifələrinizə və oradakı məzmunlara sərbəst şəkildə çatması lazımdur. Odur ki, vacib məlumatlar paylaşdığınız səhifələrin skan edilə bilən (crawling) və indekslənən olması kritik əhəmiyyət kəsb edir.

Bu növ səhifələr aşağıdakı təməl tələblərə mütləq cavab verməlidir:

  • Robots.txt faylında girişinə qadağa qoyulmamalı,

  • Noindex teqi daxil edilməməli,

  • Sürətli yüklənməli,

  • Mobil cihazlara tam uyğun olmalı,

  • 4XX/5XX kimi xəta kodları verməməlidir.

Ai overviews ,ai ,seo

2. Məzmun Strategiyası: E-E-A-T və “Long Tail” Açar Sözlər

Saytınızdakı məzmunun E-E-A-T  prinsiplərinə uyğun olması həm ümumi SEO performansınız, həm də AI Overviews (AIO) cavablarında yer almağınız üçün böyük əhəmiyyət kəsb edir.

E-E-A-T prinsiplərini qısaca belə izah edə bilərik:

  • Experience (Təcrübə): Müəllifin və ya saytın mövzu ilə bağlı real həyatda yaşadığı təcrübə, nümunələr və vaka çalışmaları (case studies).

  • Expertise (Ekspertiza): Mövzuya dair peşəkar və ya akademik bilik səviyyəsi, dərin mütəxəssis yanaşması.

  • Authoritativeness (Avtoritetlik): Sahənizdə və ya sektorunuzda tanınan, nüfuzu yüksək saytlardan backlink almaq və etibarlı bir avtoritetə sahib olmaq.

  • Trustworthiness (Etibarlılıq): Məzmunda verilən məlumatların dəqiqliyi, mənbələrdən şəffaf istifadə və dataların sübutu.

3. On-Page SEO: Başlıqlar və Meta Təsvirlər

Title , meta description məzmunu və H1, H2 kimi alt başlıqlar həm Google, həm də potensial ziyarətçiləriniz üçün vacib siqnallardır. Xüsusilə title teqində məzmunu net və maraqlı şəkildə izah etsəniz, Google-un səhifənizi düzgün mövqeləndirməsinə və istifadəçilərin klikləmə qərarı verməsinə kömək etmiş olarsınız.

Title teqi yazarkən diqqət yetirilməli olan məqamlar:

  • Açar söz istifadəsi: Hədəflədiyiniz açar sözü başlıqda təbii şəkildə istifadə etməyə çalışın, lakin “keyword stuffing” (həddindən artıq açar söz yığımı) etməkdən qaçının.

  • Simvol limiti: Başlığın axtarış nəticələrində tam görünməsi və sonunun “…” ilə kəsilməməsi üçün onu 55-60 simvol arasında saxlamağınız tövsiyə olunur.

  • Net ifadə: Başlıq səhifənin mövzusunu aydın şəkildə ifadə etməli və istifadəçinin daxildə nələrlə qarşılaşacağını göstərməlidir.

Meta description yazarkən isə məzmununuzu bir cümlə ilə xülasə etməli və oxucunu klikləməyə təşviq edən bir dildən istifadə etməlisiniz. Bu hissənin axtarış nəticələrindəki mövqeyinizə birbaşa təsiri olmasa da, yaxşı yazılmış bir meta təsvir kliklənmə nisbətini (CTR) ciddi şəkildə artıra bilər.

Meta description yazarkən diqqət yetirilməli olan məqamlar:

  • Xülasə və təşviq: Bir neçə cümlə ilə məzmununuzu ümumiləşdirməli və mövzunun ən diqqətçəkən məqamına toxunmalısınız.

  • Simvol limiti: Yazdığınız meta təsvirin axtarış nəticələri səhifəsində kəsilmədən tam görünməsi üçün 150-160 simvol həddini aşmamağa diqqət etməlisiniz.

Səhifənizdəki məzmunun daxili strukturu alt başlıq iyerarxiyası vasitəsilə müəyyən edilir. Buna görə də, yazmağa başlamazdan əvvəl həmin mövzu haqqında hansı məlumatları verəcəyinizi və hansı başlıq ardıcıllığından istifadə edəcəyinizi açar söz analizi köməyi ilə planlaşdırmalısınız.

  • H1 : Məzmununuzun ana başlığıdır və hər səhifədə yalnız 1 dəfə istifadə edilməlidir. Bu tag  heç istifadə edilməməsi və ya birdən çox istifadəsi mütləq düzəldilməli olan bir texniki SEO xətasıdır.

  • H2, H3, H4: Bu taglar  uyğun iyerarxiya ilə alt başlıqlarda istifadə olunmalıdır. Bu yolla həm ziyarətçilərə daha yaxşı istifadəçi təcrübəsi təqdim edir, həm də Google-un məzmununuzu daha dərindən anlamasına kömək edirsiniz.

Bütün bu başlıq və meta tag tərtib edərkən açar söz analizi aparmaq çox önəmlidir. Hansı mövzulardan bəhs edəcəyiniz və hansı suallara cavab verəcəyiniz birbaşa istifadəçilərin etdiyi axtarışlarla müəyyən edilir.

4. Strukturlaşdırılmış Verilənlər (Schema Markup): FAQ, How-to, Product, Article

Strukturlaşdırılmış verilənlər (structured data) – Google-un səhifənizdəki məzmunları, məhsulları və ya məlumatları daha yaxşı mənalandırmasına kömək edən bir işarələmə formatıdır. Xüsusilə schema.org standartlarına uyğun şəkildə edəcəyiniz bu işarələmələr, saytınızın axtarış nəticələrində “rich results” (zəngin nəticələr) kimi görünməsini təmin edə bilər və kliklənmə nisbətinizi (CTR) artıra bilər.

Yüzlərlə strukturlaşdırılmış verilən növü mövcuddur, lakin ən çox istifadə olunanlar bunlardır:

  • Article və ya BlogPosting: Məqalələriniz və bloq yazılarınız üçün.

  • Product: Məhsullarınızın qiyməti, reytinqi, stok vəziyyəti və markası kimi məlumatlar üçün.

  • Recipe: Yemək tariflərində inqrediyentlər, hazırlanma vaxtı, kalori və qida dəyərləri üçün.

  • FAQ: “Tez-tez verilən suallar” bölməsindəki sual və cavab sahələri üçün.

  • Event: Konsert, sərgi, konfrans kimi tədbirlərin tarixi və məkanı haqqında məlumatlar üçün.

  • HowTo: Addım-addım yerinə yetirilən təlimatlar üçün.

Google-un tövsiyə etdiyi JSON-LD formatında, səhifə kodunun <head> bölməsinə əlavə edilən bu skriptlər Schema Markup Validator aləti ilə yoxlanılmalı və varsa xətalar dərhal düzəldilməlidir.

5. Saytdan kənar (Off-Page) Strategiya: Backlinklər və Avtoritet

Google-un AI Overviews cavablarını formalaşdırarkən istifadə etdiyi mənbələri saytın avtoritetinə, yəni etibarlılığına görə seçdiyini bilirik. Bu avtoriteti qazanmaqda əldə etdiyiniz backlinklər olduqca vacib rol oynayır. Yüksək nüfuza malik saytlardan backlink almaq Google-un nəzərində həm veb-saytınızın, həm də həmin linkin gəldiyi məzmunun etibarlı olması deməkdir.

Bu istiqamətdə istifadə edə biləcəyiniz strategiyalar:

  • Forumlar və Sual-Cavab (Q&A) saytları: Sektorunuzdakı populyar forumlarda aktiv olmaq, QuoraReddit kimi platformalarda verilən suallara saytınızdakı məlumatlarla ətraflı cavablar hazırlayıb link vermək, onlayn tanınmağınızı və avtoritetinizi artıracaqdır. Bu yolla həm markanız daha görünür olacaq, həm də saytınıza hədəf kütlədən düzgün trafik çəkə biləcəksiniz.

  • Qonaq müəlliflik (Guest Posting): Sahənizdəki nüfuzlu bloq saytlarında qonaq müəllif kimi çıxış edə bilərsiniz. Saytınızdakı vacib səhifələri mənbə göstərən məqalələr dərc etdirmək effektiv bir yoldur. Backlink alacağınız saytları seçərkən rəqiblərinizin backlink profilini və sektorunuzdakı yüksək axtarış həcmli sorğularda yaxşı performans göstərən saytları analiz edə bilərsiniz.

  • Keyfiyyətli məzmun: Orijinal datalar daxil edən mətnlər və informativ vizual məzmunlar təbii yolla backlink qazanmaq üçün böyük üstünlükdür. Bu cür keyfiyyətli məzmunları mənbə göstərən digər saytlar öz-özünə sizə backlink verəcəkdir.

6. Təcrübə: UX və Mobil Uyğunluq

İstifadəçi təcrübəsi (UX – User Experience), Google-un bir səhifəni qiymətləndirərkən nəzərə aldığı ən vacib göstəricilərdən biridir. Əslində, sıralama kriteriyalarının əksəriyyəti istifadəçinizə daha yaxşı təcrübə təqdim etməyinizi hədəfləyir.

  • Sayt sürəti: Saytınızın yüklənmə sürəti istifadəçi təcrübəsinə birbaşa təsir edən ən önəmli amildir. İstifadəçi qarşılıqlı əlaqəsi (interaction) və vizual stabillik metriklərində (Core Web Vitals) edəcəyiniz təkmilləşdirmələr ümumi SEO performansınıza dərhal müsbət təsir göstərəcək.

  • Mobil uyğunluq: İnternet istifadəçilərinin əksəriyyətinin mobil cihazlardan istifadə etdiyini nəzərə alsaq, saytınızın mobil uyğunluğu təcrübənin ayrılmaz hissəsidir. Responsive (uyğunlaşan) struktur, oxunaqlı şriftlər, uyğun yazı ölçüsü və vizual elementlərin səhifədəki düzgün mövqeləndirilməsi diqqətlə planlaşdırılmalıdır.

  • Reklam və pop-up istifadəsi: İstifadəçi təcrübəsini pozan, oxucunun məzmuna çatmasına mane olan aqressiv reklamlar və ya pop-up pencerələri sıralamanıza mənfi təsir edəcək.

Keyfiyyətli məzmun yaratmaq nə qədər vacibdirsə, həmin məzmunu yüksək istifadəçi təcrübəsi ilə təqdim etmək də bir o qədər önəmlidir. Bu, saytınızın həm orqanik nəticələrdə, həm də AIO cavablarında mənbə kimi seçilməsi üçün sizə böyük üstünlük qazandıracaq.

7. Ölçmə: Mövqe İzləmə və Davamlı Optimizasiya

Davamlı bir SEO strategiyasının ən vacib addımlarından biri ölçmə və analizdir. SEO təkmilləşdirmələri etdikdən sonra onların işə yarayıb-yaramadığını və ya nə dərəcədə effektiv olduğunu ölçməli, növbəti addımlarımızı bu verilərə əsasən müəyyənləşdirməliyik.

  • Alətlərdən istifadə: AI Overviews cavablarındakı görünürlüğünüzü Semrush, Ahrefs kimi peşəkar alətlər vasitəsilə yoxlaya bilərsiniz. Bu yoxlamalar nəticəsində hansı səhifələrinizin hansı sorğular üzrə AIO-da çıxdığını öyrənib, digər səhifələrinizdə də bənzər optimizasiya strategiyalarını tətbiq edə bilərsiniz.

  • CTR və Mövqe: AIO cavablarında yer alan səhifənizin kliklənmə nisbəti (CTR) və sıralamadakı mövqelərinin necə dəyişdiyini izləmək uğurunuzu ölçməyin ən doğru yoludur. Xüsusilə yuxarıda qeyd olunan istiqamətlərdə yeniliklər etdikdən sonra “əvvəl və sonra” müqayisəsi aparmaq üçün bu iki metrikdən istifadə edə bilərsiniz.

  • Müntəzəm nəzarət: AI Overviews hələ çox yeni bir funksiya olduğu üçün müntəzəm ölçmələr aparmaq, əldə edilən məlumatlarla testlər etmək və sektorunuza/saytınıza ən uyğun inkişaf yolunu tapmaq kritikdir. Bu sayədə həm texniki, həm də məzmun addımlarınızı verilərə söykənərək optimallaşdırıb, qalıcı uğur qazana bilərsiniz.

Nəticə 

Google AI Overviews cavablarını axtarış nəticələri səhifəsinin yeni “birinci” sırası kimi qəbul edə bilərik. Bu sahədə yer almaq saytınızın görünürlüyü və orqanik trafiki baxımından çox vacib imkanlar vəd edir. Təməl SEO prinsiplərinə sadiq qalaraq, yüksək keyfiyyətli məzmun və texniki cəhətdən qüsursuz bir struktur yaratdıqda, AIO cavablarında mənbə kimi çıxış etmək və daha geniş auditoriyaya çatmaq şansınız da artacaqdır.

If you ask our clients what it’s like working with talk how much we care about their success. relationships fuel real success. We love building brands

© Copyright Tendo 2024